19 Okt 2012
Fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manat) qorunan əmanətlər, 36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil etmişdir.
Üzv banklarda 2012-ci ilin III rübündə fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln.manat (6,2%) artdığı halda, qorunmayan əmanətlər isə 45 mln. manat (2,7%) azalmışdır. Nəticədə qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olmuşdur. Üçüncü rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirilməsi ilə yanaşı, banklarda mövcud olan qorunmayan əmanətlərin də bir qisminin tədricən qorunan əmanətlərə keçirilməsi müşahidə edilib.
Üzv banklar tərəfindən 6 362 090 əmanətçıyə xidmət göstərilir ki, onlardan da 6 006 273 nəfəri (94 faizi) Qorunan əmanətçidir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 61,3 mln.manat (4,6%) artaraq 1 404 mln. manat olmuşdur..
Qorunan əmanətlərin 56%-i manatda, 39 %-i ABŞ dollarında və 5%-i isə avroda yerləşdirilib.
Fondun üzvü olan “Royal Bank”ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 063 Qorunan əmanətçilərin 26,5 mln. manat qorunan əmanətinə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. Hesabat tarixinə 12,3 mln. manat və yaxud 83.7 faizi kompensasiya ödənilib. Onlardan 4 033 nəfərinin əmanəti 100 manatdan az, 186 əmanətçinin isə qorunan əmanəti 30 min manatdan çoxdur.
01 avqust 2012-ci il tarixindən etibarən 3 agent bank vasitəsi ilə (“Muğanbank”ASC, “Bank Respublika”ASC, “Azəriqazbank”ASC) kompensasiyaların ödənilməsi prosesi aparılır.
Hal-hazırda Fondun sığorta ehtiyatları 51,9 mln. manat təşkil edir
Vəsaitlərin idarə edilməsi Fondun investisiya siyasətinə əsaslanaraq həyata keçirilir. Fondun vəsaitlərinin 23,9 mln. manat məbləğində olan hissəsi Dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4% təşkil etmişdir. Fondun 5,0 mln. avro vəsaiti “Deutsche Asset Management International” şirkətinin idərəetməsinə verilib.
Xatırlatmaq istəyirik ki, 01 iyun 2010- cu il tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxstanda 34 min ABŞ dolları, Rusiyada 22 min ABŞ dollarıdır).