Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin II rübünü başa vurdu.

18 Avq 2012

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb.Təqvimhaqları 1 871 min AZN, 1 641 min ABŞ dolları, 177 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 48,3 mln. AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 4 319 mln. AZN, qorunmayan əmanətlər 1 650 mln.AZN, qorunan əmanətlər isə 2 669 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 6 050 min 039 nəfərdir.

01 iyun 2010- cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaqki, bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə maksimum 30 min manat məbləğində kompensasiya ödənilir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər.Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.