Xəbərlər

“Royal Bank” ASC-nin əmanətçilərinə ödənilən kompensasiyalarla bağlı 08 avqust 2012-ci il tarixinə olan məlumat

8 Avq 2012

Bildiyiniz kimi avqust ayının 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu“Royal Bank” ASC-nin əmanətçilərinə Agent banklar vasitəsi ilə kompensasiya ödənişinə başlamışdır. Seçilmiş üç agent bank tərəfindən artıq 762 əmanətçiyə əmanəti üzrə kompensasiya ödənilmişdir. Bu əmanətçilərdən356 nəfəri Muğanbank ASC, 226 nəfəri AG Bank ASC və180 nəfəri Bank Respublika ASC tərəfindən xidmət göstərilmişdir. Ümumilikdə qorunan əmanətçilərə cəmi 8,781,999 AZN kompensasiya ödənilmişdir.  Bunlardan6,713,187 manatda, 2,016,277 (AZN ekvivalentində) ABŞ dollarında və52,535 (AZN ekvivalentində) Avroda ödənilmişdir. Qeyd edək ki, kompensasiya məbləği ABŞ dolları və Avroda olduğu təqdirdə qonuna əsasən Mərkəzi Bankın sığorta hadisəsi baş verdiyi günə yəni 16 iyul 2012-ci il tarixinə olan valyuta məzənnəsi götürülür və həmin günə ABŞ dollarının məzənnəsi 0.7855AZN və Avroda 0.9616 AZN kimi götürülməlidir.

Artıq qorunan əmanətçilərin 54 faizi əmanətləri üzrə kompensasiya almışdır.

Qeyd edək ki, kompensasiya almaq üçün müraciət  edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödənilmişdir, problem olduğu halda isə əmanətçinin ərizəsi alınaraq araşdırılması üçün aidiatı yerə yönləndirilmişdir.

Əmanətçilərdənkompensasiyaödənişləriüzrəərizələrinqəbulu 20 iyul 2013-cü il tarixinə qədər davam edəcəkdir.