Xəbərlər

Agent Bankların nümayəndələri ilə görüş keçirilmişdir.

23 Iyl 2012

        19 iyul 2012-cil tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində seçilmiş  Agent Banklar - “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC-nin İdarə Heyətnin üzvləri və IT Departamentinin rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə sığorta hadisəsi baş vermiş “Royal Bank“ ASC-nin qorunan əmanətçiləri qarşısında öhdəliklərinin reyestrinin Agent bankların informasiya sistemlərinə köçürülməsi imkanları və agent bankların kompensasiyanı əmanətçilərə ödəyəcək filialları, kompensasiyanın ödənilməsi ilə bağlı sual doğuran məsələlər müzakirə edildi.

        Müzakirənin nəticəsi olaraq, Agent banklar əmanətçilərə kompensasiyanın ödənilməsi işinin effektiv təşkil olunması məqsədi ilə  daxildə işçi qruplarının yadılmasını qərara aldılar.