Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin əmanətçilərinin diqqətinə!

19 Iyl 2012

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırırki,07 avqust 2007-ci ildən Fonda üzv olan “Royal Bank” ASC-də16 iyul 2012-ci iltarixində sığorta hadisəsi baş vermişdir.

 

Fondun Himayəçilik Şurasının 18 iyul 2012-ci iltarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Bank Respublika” ASC və “AGBank” ASC seçilmişdir.
01 avqust 2012-ci iltarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu seçilmiş agent bankalar vasitəsi ilə sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə başlayacaqdır.

Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları,onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək.
Sığorta hadisəsinə görə Fond tərəfindən hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumatları Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından və ya Fondun Bakı şəhəri, Bül-Bülprospekti 40 ünvanında yerləşən ofisindən əldə edə bilərsiniz.
Məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və“941” qaynar xətt