Xəbərlər

“Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədi ilə Agent bankın seçilməsi üçün 18 iyul 2012-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının növbədən kənar iclası keçiriləcək.

17 Iyl 2012

    “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədi ilə Agent bankın seçilməsi üçün 18 iyul 2012-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun ofisində Himayəçilik Şurasının növbədən kənar iclası keçiriləcək.

    “Royalbank” ASC-də əmanətçilərin 98 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bankda 30 (otuz) min manata qədər əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir.

   “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçiləcək Agent bank və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.