Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu üçün avtomatik qapı, kamera nəzarət sistemi və elektron açar nəzarət sisteminin satınalınması üçün yeni kotirovka sorğusu

17 May 2012

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, avtomatik qapı, kamera nəzarət sistemi və elektron açar nəzarət sisteminin satınalınması ilə bağlı  02 may 2012-ci il tarixli  elan edilmiş kotirovka sorğusu iddiaçılar tərəfindən sənədlərin  tam təqdim edilmədiyi  və  əsas şərtlər toplusunun tələblərinə uyğun olmadığı üçün  Satınalmalar Komissiyasının 16 may 2012-ci il tarixli  qərarına əsasən baş tutmamış hesab edilmişdir.Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu aşağıda göstərilən Lotlar üzrə yeni kotirovka sorğusu elan edir:

 

Lot 1: Əmanətlərin Sığortalanması Fondunun ofisinin giriş hissəsi üçün avtomatik qapının (fotosel) alınması və quraşdırılması

Lot 2: Əmanətlərin Sığortalanması Fondunun ofisi üçün kamera nəzarət sisteminin alınması və quraşdırılması

Lot 3: Əmanətlərin Sığortalanması Fondunun ofisi üçün elektron açar nəzarət sisteminin alınması və quraşdırılması

 

 

Kotirovka Sorğusunun əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən almaq olar.

 

 

Malların və xidmətlərin qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvana 29 may 2012-ci il tarixə saat 11:00 qədər əlaqələndirici şəxsə təqdim olunmalıdır. Zərflər 29 may 2012-ci il tarixdə saat 15:00-da Fondun ofisində açılacaqdır.İddiaçıların nümayəndələri səlahiyyətlərini təsdiq edən sənədi və ya vəkalətnaməni ən geci 29 may 2012-ci il tarixdə saat 11:00 qədər əlaqələndirici şəxsə təqdim etməklə zərflərin açılışında iştirak edə bilərlər.

 

 

Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 596-65-91/92 nömrəli  telefonla əlaqələndirici şəxs Elçin Tağıyevə müraciət etmək olar.