Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun İnformasiya Sisteminin (Proqram Təminatının) yaradılması üzrə TENDER ELANI

17 Noy 2011

1. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) İnformasiya Sisteminin (Proqram təminatı) yaradılması üzrə açıq tender elan edir.

2. ƏSF üçün yaradılacaq informasiya sistemi özündə aşağıdakı modulları və interfeysləri əks etdirməlidir:

  • Əməliyyat sistemi modulu (administrator və user modulları daxil olmaqla)
  • Hesabatların yaradılması üçün modul (sərbəst konstruktor tipli)
  • Üzv banklarda proqram təminatının fəaliyyəti üçün modul
  • Agent banklarda proqram təminatının fəaliyyəti üçün modul

3. İddiaçılar Azərbaycan Respublikasında və ya xaricdə fəaliyyət göstərən kommersiya bankları üçün əməliyyat sistemlərinin yaradılması və bu istiqamətdə layihələrin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdırlar.

Xarici iddiaçılar Azərbaycan Respublikasında fəaliyyət göstərən bölməsinin, filialının və ya kommersiya bankları üçün əməliyyat sistemlərinin yaradılması sahəsində ən azı 3 il iş təcrübəsinə malik olan yerli partnyorunun olmasını təsdiq edən sənədlər təqdim etməlidir.

Xarici iddiaçılar yerli partnyora (yerli subpodratçıya) layihə tam təhvil verildikdən sonra sistemlə bağlı texniki dəstək göstərilməsi üçün bütün lazımı avtorizasiyaları verməlidir.

 Subpodratçıların xidmətindən istifadə edəcək əsas iddiaçılar hər bir subpodratçının ona həvalə ediləcək işlər üzrə ixtisaslaşmış olmasını sübut edən sənədlər təqdim etməlidir.

4. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməli və tələblərə cavab verməlidir:

 - Tenderdə iştirak barədə ərizə;

- Tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;

 - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

 - Son ilin kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatları;

 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən fəaliyyət göstərdiyi dövlətə məcburi ödənişin (vergi və digər icbari) olmadığını sübut edən sənəd);

 - Tender təklifi;

   Tender təklifi 01 iyun 2012-ci il tarixinədək qüvvədə olmalıdır;

- Tender təklifinin qiymətinin 2 (iki) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

   Tender təklfinin təminatı 31 avqust 2012-ci il tarixinədək qüvvədə olmalıdır.

 - Əməliyyat sistemlərinin yaradılması və tətbiqi ilə bağlı son 3 (üç) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin tövsiyyə məktublarını, adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən sənəd;

 - Təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 4 (dörd) sertifikatlaşdırılmış mütəxəssislərin mövcudluğunu təsdiq edən sənədlər (Sertifikatlar, CV və s.);

 - Təklif olunan proqram təminatı və avadanlıqlarının satmağa müvəkkil etdiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);

- Bakı şəhərində və ya qlobal servis xidmət mərkəzinin mövcudluğunu təsdiq edən məlumat;

- İddiaçının ixtisas göstəricilərinə dair tenderin əsas şərtlər toplusunda göstərilən digər məlumatlar

Qeyd: Xarici iddiaçılar surəti tələb olunan sənədlərin surətlərini qanunvericiliyə uyğun leqallaşdırmaqla və ya “Apostille” təsdiqi tələblərinə uyğun təqdim etməlidirlər.

5. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 31 yanvar 2012-ci  il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 yanvar 2012-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə ƏSF-nin Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati ofisində əlaqələndirici şəxsə təqdim etməlidir. Xarici iddiaçılar göstərilən sənədləri qeydiyyatdan keçmiş poçt vasitəsi ilə göndərə bilərlər. Bu halda sənədlərin təqdim edilməsi tarixi poçt tərəfindən sənədlərin ƏSF-yə çatdırılması tarixi hesab olunur və poçt xidməti tərəfindən sənədlərin vaxtında çatdırılmaması sənədlərin vaxtında təqdim edilməməsi kimi qiymətləndiriləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

6.  İddiaçılar tenderdə iştirak haqqı kimi ƏSF-nin aşağıdakı hesabına 1000 (bir min) manat məbləğində vəsaitin köçürülməsinə dair bank arayışının surətini təqdim etməklə tenderin Əsas Şərtlər Toplusunu əldə edə bilərlər:

 

VÖEN: 1700773271

Mərkəzi Bank, VÖEN: 9900071001,

SWIFT BIK: NABZAZ2C 

Kod: 501004,  

Müxbir Hesab: 014 801 000 1944

Hesablaşma hesabı: 013 209 000 7944

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

7. Tender proseduru 03 fevral 2012-ci il tarixində saat  15-00-da ƏSF-nin ofisində (Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti, 40) keçiriləcəkdir.

8. Proqram təminatı satınalma müqaviləsi imzalandığı gündən etibarən 18 (on səkkiz) ay müddətində ƏSF-nin ofisində, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi inzibati binada və üzv bankların baş ofislərində quraşdırılıb təhvil verilməlidir.

9. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə amili, sistemin funksionallığı, avadanlıqların texniki spesifikasiyası, təminat və dəstək şərtləri.

10. İddiaçı tətbiq ediləcək sistemə təhvil verilən gündən etibarən 1 (bir) il müddətinə öz resursları hesabına texniki dəstək göstərməli və təminat verməlidir.

11. Tenderlə bağlı bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Azərbaycan dilində olmayan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır.

12. Tenderlə bağlı ətraflı məlumat üçün əlaqələndirici şəxsə (Yerli iddiaçılar üçün: Elçin Tağıyev, 994(12) 596-65-91/92 (daxili nömrə 131), 994(50) 473 55 11  nömrəli telefonlar və ya elchin@adif.az elektron poçt ünvanı vasitəsilə; Xarici iddiaçılar üçün: Nərgiz Əliyeva, 994(12) 596-65-91/92 (daxili nömrə 118), 994(55) 305 80 07  nömrəli telefonlar və ya nargiz@adif.az elektron poçt ünvanı vasitəsilə ) müraciət edə bilərsiniz.