Xəbərlər

Bakıda IADI Avrasiya Regional Komitəsinin növbəti seminarı keçiriləcək

18 Dek 2010

Noyabr ayının 29 və 30-da Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) Avrasiya Regional Komitəsinin növbəti seminarı keçiriləcək. Seminar “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortalanması sistemlərinin rolu” mövzusuna həsr edilib. Seminarda Rusiya, Ukrayna, Qazaxstanla yanaşı Qırğızıstan, Özbəkistan və digər ölkələrin əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələrinin iştirakı da gözlənilir. “Park Inn” otelində keçiriləcək tədbir iki gün davam edəcəkdir. Tədbirin təşkilatçısı Azərbaycan Əmanətlərin Sığortalanması Fondudur.