Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin III rübünü başa vurdu

11 Noy 2010

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 940 min AZN, 1 mln. 353 min ABŞ dolları, 180 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 29 mln. 972 min 856 AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 mlrd. 707 mln. AZN, qorunmayan əmanətlər 929 mln. 956 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 777 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 mln. 293 min 303 nəfərdir.

01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.