Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Əmrahbank” səhmdar bankı ASC-nın adı dəyişdi

11 Dek 2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Əmrahbank” səhmdar bankı açıq səhmdar cəmiyyətinin adı dəyişilərək “Amrahbank” Açıq Səhmdar Bankı adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi.

01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər.

Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.