Xəbərlər

Əmanətlərin Sığortalanması Fonduna üzv olan iki bankın adı dəyişdi

12 Noy 2009

Əmanətlərin Sığortalanması Fonduna üzv banklardan “AZFİNANSBANK” ASC-nin bank lisenziyasında adı dəyişilərək “AFB BANK” ASC və “Azərdəmiryolbank” ASC-nin adı dəyişilərək “DƏMİRBANK” ASC adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi.
01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.