Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2009-cu ilin III rübünü başa vurdu

21 Okt 2009


Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 624 min AZN, 1 mln. 157 min ABŞ dolları, 145 min Avro təşkil edir. İştirakçı bankların sayı 42-dir. 

İştirakçı bankların Fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 16 mln. 318 min 123 AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 984 mln. AZN, qorunmayan əmanətlər 606 mln. 181 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 378 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 4 mln. 970 min 119 nəfərdir.