Xəbərlər

41 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür

3 Mar 2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Kredobank”  ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı  41-ə çatdı.

Fonda üzv olan hər bir banka Fond tərəfindən üzvlük haqqında  şəhadətnamə verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.      

İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarında yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Xatırladaq ki, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum həddi 6 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.