Xəbərlər

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 39-a çatdı

28 Yan 2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış AZFİNANSBANK da əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 39-a çatdı.

Fonda üzv olan hər bir banka qurumun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.   

İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Xatırladaq ki, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum limit həddi 6 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəməlidir.