Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin III rübünü başa vurdu

22 Okt 2008

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 918 min AZN, 911 min ABŞ dolları, 153 min avro təşkil edir.

İştirakçı bankların Fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 9 mln. 421 min  AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 731 mln. AZN, qorunmayan əmanətlər 268  mln. AZN, qorunan əmanətlər isə 1 mlrd. 462 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 1 mln. 275 min 540 nəfərdir.