Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bir ilə yekun vurdu

18 Iyl 2008


Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 961 min AZN, 1 mln. 72 min ABŞ dolları, 159 min avro təşkil edir ki, bu da 2 mln. 36 min AZN ekvavalentindədir.

Fondun fəaliyyətə başladığı 1 il ərzində iştirakçı bankların ƏSF-nin reysterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 7 mln. 619 min AZN təşkil edir.

Ötən rübdə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 497 mln. 790 min AZN olub. Qorunmayan əmanətlər 220 mln. 300 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 277 mln. 490 min AZN təşkil edirdi. II rübdə isə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 608 mln. AZN, qorunmayan əmanətlər 251 mln. AZN, qorunan əmanətlər isə 1 mlrd. 357 mln. AZN-dir. Ötən rübə nisbətən bu rüb fiziki şəxslərin üzv banklarda olan əmanətləri 7%, qorunmayan əmanətlər 14%, qorunan əmanətlər isə 6% artıb.

Qorunan əmanətçilərin sayı ötən rüb 1mln. 124 min 804 nəfər olub. Bu gün isə bu rəqəm 6% artaraq 1 mln. 193 min 687 nəfərə çatıb.

Qeyd edək ki, hər bir əmanətçinin Fonda üzv olan hər bir bankdakı əmanətinin 100%-i, lakin 6 min manat olmaqla sığortalanır. Bunun üçün əmanətçilər heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyirlər.