Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin I rübünün təqvim haqlarını toplayıb

23 Apr 2008

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin I rübünün təqvim haqlarının toplanmasını başa çatdırıb. Təqvim haqları 841 min AZN, 1 mln. 94 min ABŞ dolları, 130 min avro təşkil edib.

İştirakçı bankların Fondun reysterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə bütün daxil olan məbləğ 5 mln. 549 min AZN təşkil edir.

2007-ci ilin IV rübündə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 327 mln. 349 min AZN olub. Qorunmayan əmanətlər 192 mln. 418 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 134 mln. 931 min AZN təşkil edirdi. 2008-ci ilin I rübündə isə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 497 mln. 790 min AZN, qorunmayan əmanətlər 220 mln. 300 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 277 mln. 490 min AZN-dir. Ötən rübə nisbətən bu rüb fiziki şəxslərin üzv banklarda olan əmanətləri 13%, qorunmayan əmanətlər 14%, qorunan əmanətlər isə 13% artıb.

Qorunan əmanətçilərin sayı ötən rüb 1mln. 85 min 572 nəfər olub. Bu gün isə bu rəqəm 4% artaraq 1 mln.124 min 804 nəfərə çatıb.