Xəbərlər

ƏSF-nin İcraçı direktoru Azad Cavadov Bakıda təşkil olunmuş V Xəzər Beynəlxalq УBankçılıq və maliyyəФ sərgi-konfransında çıxış edib

9 Apr 2008

Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov ITE Group və Iteca Caspian-ın təşkilatçılığı ilə Bakıda təşkil olunmuş ikigünlük V Xəzər Beynəlxalq УBankçılıq və maliyyəФ sərgi-konfransında çıxış edib. ФBankların aktiv inkişafı üçün yerli depozitlərin və maliyyələşdirmə mənbəyi kimi cəlb olunan xarici kredit vəsaitlərin arasında optimal nisbətin əldə olunmasıФ mövzusunda olan sessiyada İcraçı direktor Azərbaycanda əmanətlərin sığortalanması sistemindən danışıb, əhalinin banklarda olan əmanətlərinin cəmi haqqında konfrans iştirakşılarına məlumat verib. A.Cavadovun çıxışının tam mətniniаolduğu kimi nəzərinizə çatdırırıq:

Hörmətliа Xanımlar və Cənablar!

Dünyada 100-dən artıq ölkədə bank əmanətlərinin qorunması üzrə əmanətlərinа sığortalanması sistemləri mövcuddur. MDB məkanında olan ölkələrdə də əmanətlərin siğortalanması üzrə müvafiq qurumlar fəliyyət göstərməkdədir. Belə qurumlar hazırda Belarusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova və Tacikistanda mövcuddur.

Azərbaycanda siyasi stabillik və dinamik iqtisadi inkişaf strategiyasıа ölkəninа iqtisadiа potensialınıа əhəmiyyətliа dərəcədəа artırmışа vəа əhalininа həyatа səviyyəsiniа yaxşılaşdırmış, maliyyə və bank sistemininа dinamikа inkişafını təmin etmişdir.

Qeydа etmək аlazımdırа ki,а УƏmanətlərin аSığortalanmasıа haqqındaФа Qanunа 29а dekabr 2006-cı ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş, 9 fevral 2007-ci ildə ölkə prezidenti tərəfindən bu Qanunun tətbiqi haqqında Fərman imzalanmış və 13 avqust 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondu fəaliyyətəа başlamışdır.

Azərbaycandaа аəmanətlərinа ааsığortalanmasıаа аsisteminin а yaradılmasınınаа məqsədi Цa) banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, b) maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir.

2008-ci ilin 01 yanvar tarixinə olan məlumata əsasən üzv olan banklarda əmanətçilərin sayı Ц 1086 min fiziki şəxs olmuşdur, onların da ümumi əmanətlərinin cəmi 1203 mln. manat həcmindədir ki, bunun daа 85,5%-i qorunan əmanətlər, 14,5%-i isə qorunmayan əmanətlərdir.а

Fikrimizcə, bu göstəricilər fiziki şəxslərin banklarda olan əmanətlərinin Fond tərəfindənа kütləvi şəkildə effektiv qorunduğunu göstərir.

Fondun iştirakçıları

Bu gün ölkədə fəaliyyət göstərən 46 bankdan 37Цsi Əmanətlərin Sığortalanması Fondunun reyestrinə daxil edilmiş və onlara şəhadətnamə verilmişdir. Fondun reyestrinə daxil olan banklar Fondun hesabına 10 (on) min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyirlər.

Fondun vəsaitləri

Əsas məsələlərdən biri sığorta hadisəsi baş verdikdə əmanətçilərə hansı vəsaitlər hesabına əmanətlər (kompensasiya) ödənilməsi ilə bağlıdır. Bununla əlaqədar məlumat vermək istəyirəm ki, Fondun sığorta ehtiyatları əsasən iştirakçı bankların üzvlük və təqvimа haqları hesabına formalaşır. Belə ki, hal hazırda üzv banklar qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, 2008-ci ilin III rübündən sonra isə 0,125 faizi həcmində təqvim haqqı ödəyəcəklər.

Sığorta hadisəsi baş verdikdə kompensasiyaların ödənilməsi

Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. Əmanətçinin bir bankda bir neçə əmanəti olduqda isə onlar toplanır və bir əmanət kimi kompensasiya olunur.

Onu da qeyd etmək lazımdır ki, Fondun üzvü olan bankların fiziki şəxslərdən təkcə manatla cəlb etdikləri əmanətlər deyil, eyni zamanda dollar, avro və digərа sərbəst dönərliа valyutalarda cəlb edilən əmanətləri də sığortalanır. Belə ki, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla,а ABŞ dolları və ya Avroda olan əmanətlər həmin valyutalarda ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Milli Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Fond qorunmayan əmanətlər üzrə kompensasiya ödəmir. Qorunmayan əmanətlərə isə aşağıdakılar aid edilir:

  • Adsız depozit sertifikatları;
  • Yerli bankların ölkə ərazisindən kənarda açılmış bölmələrinin cəlb etdiyi əmanətlər;
  • Cinayətа nəticəsində əldə edilmiş əmanətlər;
  • Üzərinə həbs qoyulmuş əmanətlər;
  • Cəlb edildiyi günədək Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 1,8 mislindənа yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədilə açdığı bank hesablarındakıа pul vəsaitləri;
  • Ödəniş müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq əmanətçininа bankaа olanа borcunun əsas məbləği vəа faizləri həcmində əmanət;
  • Bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər;
  • Banklaа çoxа yaxınа əlaqəsiа olanа şəxslərinа depozitləri.

Digər mühüm bir məqam isə Fonda üzv olan bankda sığorta hadisəsi baş verdikdə əmanətçilərin bu məlumatı haradan əldə edəcəyi ilə bağlıdır. Müflis olmuş bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktı Milli Bank tərəfindən təsdiq edildikdən sonra Milli Bank Fonda bildiriş göndərir. Fond bildirişi aldıqdan sonra 7 təqvim günü ərzində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqındaа aşağıdakıа KİV orqanlarında elan verir.а

  • AzTV
  • İctimai TV
  • Azərbaycan qəzeti
  • Respublika qəzeti
  • Xalq qəzeti
  • AzərTAc informasiya agentliyi
  • APAа informasiya agentliyi

Müflis olmuş bankın əmanətçisi kompensasiya almaq üçün yazılı ərizə ilə birlikdə aşağıdakı sənədləri Fonda təqdim edir:

  • Əmanət müqaviləsi;
  • Əmanət kitabçası, yaxud qanunvericiliyə uyğunа olaraq əmanəti təsdiqləyən digər sənəd;
  • Şəxsiyyəti təsdiq edən sənəd.

Ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir. Bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqındaа bildirişi ilkа dəfə dərc etdiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Kompensasiya olunan məbləğ

Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalanması üzrə kompensasiyanın məbləği ölkənin iqtisadi inkişafına, daha dəqiq desək əhalinin adambaşına düşən pul gəlirlərinə və adambaşınaа düşən ÜDM-a əsasən müəyyən edilir. Bildirmək istəyirəm ki, Azərbaycanda kompensasiya olunan məbləğ 01 yanvar 2010-cu ilədəkЧəmanətin 6 (altı) min manat ekvivalentində, 01 yanvar 2010-cu ildən başlayaraqЧəmanətin məbləğinin 100 faizi, lakin 8 (səkkiz) min manatdan çox olmayaraq həyata keçiriləcəkdir. Qeyd etmək istəyirəm ki, 2007-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 2981 manat və ya 3474 ABŞ dolları həcmində, əhalinin hər nəfərinə düşən pul gəlirləri isə 1690 manat və ya 1970 ABŞ dolları təşkil edir.аа

Müqayisə üçün bildirirəm ki, bu göstərici Qazaxıstanda 2007-ci ildə adambaşına düşən ÜDM 7 min ABŞ dolları, kompensasiya olunan məbləğ isə 5900 ABŞ dolları, Rusiyada adambaşına düşən ÜDMа təqribən 12 min ABŞ dolları, kompensasiya olunan məbləğ 11,5 min Avro, Avropa Birliyi ölkələrində isə adambaşına düşən ÜDM təqribən 34 min Avro,а kompensasiya olunan məbləğ 20 min Avro həcmindədir.

Fondun Sığorta ehtiyatlarının idarə olunması

Xatırlatmaq istəyirəm ki, mövcud Qanun imkan verir ki,а Fond risklərin bölüşdürülməsi və diversifikasiyası məqsədi ilə, habelə aktivlərin təhlükəsizliyini, yetərli likvidliyini və ağlabatan gəlirliyini təmin etmək üçün sərbəst pul vəsaitlərini:

a) dövlət qiymətli kağızlarında;
b) mərkəzi bankların qiymətli kağızlarında;
c) mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, habelə yüksək reytinqli başqa maliyyə alətlərində yerləşdirə bilər.

Beynəlxalq təcrübə

Əmanətlərin Sığortalanması sisteminin hazırlanmasında beynəlxalq təcrübə də fəal şəkildə öyrənilir. Belə ki, Avropa Birliyininа 16 may 1994-cü il tarixli Əmanətlərin Qorunmasıа Derektivinə əsasən Avropa Birliyinə üzv olan bütün ölkələrdə əmanətlərin sığortalanması sisteminin yaradılması məcburidir.а

Qeyd edim ki, Fond Əmanətlərin Sığortalanması fondlarının Beynəlxalq və Avropa assosiasiyaları ilə, həmçinin bir sıra dövlətlərin Əmanətlərin Sığortalanmasıа fondları ilə əməkdaşlıq sahəsində müzakirələr aparır.

Almaniya və Azərbaycan hökümətlərarası sazişə əsasən Almaniyanınа УKfWФ bankı xətti ilə Alman ekspertləri ilə mütəmadi görüşlər keçirilmişdir. Ekspertlər Əmanətlərin Sığortalanması Fondunun instutsionallaşmasında yaxından iştirak etmiş və bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir. Almaniyaа höküməti tərəfindən texniki yardım çərçivəsində ayrılacaq 1 (bir) milyon avro (qrant) hesabına Əmanətlərin Sığortalanması Fondunun instutsionallaşmasına köməklik göstərəcək şirkətin seçilməsi üçün tender yekunlaşmışdır.

Nəhayət sonda əsas nəticə kimi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Əmanətləri Sığortalanması Sisteminin yaradılması, əmanətçilərin vəsaitlərinin daha etibarlı qorunmasını şərtləndirməklə yanaşı, ölkənin maliyyə-bank sisteminin stabil fəaliyyəti və maliyyə təhlükəsizliyi üçün də önəmlidir.

Diqqətinizə görə təşəkkür edirik!