Əlaqədə olaq! +994 (12) 408.63.43 contact@avagr.com
Hər vaxtınız xeyir,dostlar,
Nəhayət ki, sizlərlə öz fikir və ideyalarımı bölüşəcəm. Bu gün adi həyatımızdan tutmuş yüksək texnologiyalarda yaranmış problem və onların keyfiyyətli həllindən danışacam. Problemin həyatın hər bir sferasında olduğu kimi, onun həlli ilə bağlı olan xidmət növləridə vardır. Bu xidmətin keyfiyyətli və optimal olmasını isə hamı arzulayır.
Xidmət keyyfiyyəti nədir?
Bəs sizcə?
Gündəlik həyatımızda müxtəlif sahələrdə insanlar bir birinə xidmət göstərir. Məsələn mənim üçün hal-hazırda bu yazını yazarkən , kompyuterin saz işləməsi, internetin sürətli olması bir keyfiyyət göstəricisidir.
Avtomobili servisdən çıxardarkən heç bir problem olmaması, qiymətlərin münasib olması ,evdə suyun qazın işığın kəsilmədən verilməsi, xidmət sahə işçilərinin özlərinin müştəri ilə marağlanması,probləmləri operativ həll etməsi və bu kimi gündəlik adi şeylər mənim üçün əhəmiyyət kəsb edən amillərdir.
Ümumiyyətlə xidmət keyfiyyəti dedikdə- istifadəçinin məhz keyfiyyət sözünü, onun xidmətdən aldığı gözlənti kimi başa düşmək lazımdır. Əgər nəticə gözləniləni verirsə deməli xidmət yaxşıdır. Yox əgər gözləniləndəndə yaxşıdırsa bu-xidmət əla və gələcəkdə davamlı ola bilər.Bu ümidlərin doğrulması deməkdir.
Buna görə ümidləri,gözləntiləri idarə etmək kritik vacibdir.Uğurun sirri çox sadədir-sizdən gözləniləni vermək,daha gözəl isə onları üstələmək.Effektiv idarətmə üçün sizə -ilk növbədə gözləmə vaxtı haqqında razılığa gəlməkdir.Bu bir növ Etibardır.Şəxsən mənim üçün ən önəmli amillərdən biri - müəyyən davranış modelini və dəyərlər sistemini individual olarağ seçmək və onları şəxsi vərdişlərinə çevirməkdir. Bu şəxsi MƏN-in davamı olmalıdır.
Gəlin gündəlik həyatımızda olan və yüksək rəqabətli xidmətlərdən misal çəkək. Məsələn:
Biz hər hansi bir restorana zəng edib, ofisə və ya evə qida sifariş veririk. Bir müştəri olaraq telefonda sifarişin qiymətini,çatdırılma vaxtını dəqiq eşitmək istəyirik. Beləliklə, əgər sifariş verdiyimiz hər hansı qida dadlı, qiyməti münasib və çatdırılması vaxtında edilibsə, deməli xidmət çox yaxşıdır. Əgər siz gözləmədiyiniz halda sifarişə əlavələr varsa , təbii ki pulsuz, çatdırılma vaxtından da əvvəldirsə və ya gözlədiyinizdəndə dadlıdırsa , xidmət çox yüksək səviyyədədir və siz bu servisdən həmişə istifadə etməyə qərar verəcəksiniz.Bu bir növ həmdə Komfortdur.
Yox əgər bütün sadaladığlarım əksinə olubsa aydındır ki, siz bu servis haqqında neqativ fikir formalaşdırıb hətta dostlarınızada bundan istifadə etməməyi tövsiyyə edəcəksiniz.
Xidmətlərdə dəyişiklər də ola bilər. Təssəvvür edin-siz hər hansı tədbirə tələsirsiniz və taksi sifariş edirsiniz, yolda tıxac olur və sürücü tıxacı keçmək üçün alternativ lakin uzun yoldan istifadə etməyi sizə təklif edir ancaq qiymət dəyişikliyi barədə heçnə demir. Yolun sonunda bu sizdə əlbəttə qıcığ yarda bilər. Lakin işinə proffesional və müştəri ile şəffaflığı qoruyan xidməti orqan , bu kimi nonsesləri zamanında və qarşılığlı anlaşma yolu ilə həll edir.
Məhz buna görədə Avanti şirkətinə hər bir müraciət əvvəlcədən kvalifikasiya olunur. Və sonra müqavilə əsasında iki parametrlər üzrə hərəkət edilir. Reaksiya müddəti - bizim proffesional əməkdaşlarımız bu zaman kəsiyində işə başlamalı.Həll müddəti- bu müddət ərzində xidməti bərpa edib,proseduru reqlamentə uyğun həll etməli.
Istifadəçilərin müraciətini vəd etdiyimiz müddətdə büdcənizə uyğun, keyfiyyətli həll etmək -bu bizim öhdəçiliyimizdir. Və bu bir növ Sərfəlidir.
Fikrimcə bütün bunlar xidmət keyfiyyətidir. Avanti- aşkar üstünlüyü teqib edin.
Yenidən görüşənədək.)))