Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN “DƏMİRBANK” ASC-NİN KREDİTORLARININ NƏZƏRİNƏ

24 May 2018

24.05.2018

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 07 iyun 2018-ci il saat 15.20-da davam etdiriləcək.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.

 

Bakı Apellasiya Məhkəməsi

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) 538-16-08, 538-19-02

Faks: (99412) 510-53-48