Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN “DƏMİRBANK” ASC-NİN KREDİTORLARININ NƏZƏRİNƏ BİLDİRİŞ

14 May 2018

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16.30-da təyin edilmişdir.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.

 

Bakı Apellasiya Məhkəməsi

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) – 538-16-08, 538-19-02

Faks: (99412) – 510-53-48

 

Əmanətlərin Sığortalanması Fondu

Bakı şəhəri, Babər prospekti, 16

Telefon: (99412) 596-65-91/92/93

Qaynar xətt - 941