Xəbərlər

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU LƏĞV PROSESİNDƏ OLAN “DƏMİRBANK” ASC-də QORUNAN ƏMANƏTLƏR ÜZRƏ 43 MİLYON MANATDAN ARTIQ NAĞDSIZ QAYDADA KOMPENSASİYA ÖDƏYİB

1 Mar 2018

1 mart 2018-ci il

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 fevral 2018-ci il tarixindən başlayıb və 1 ay ərzində 43,2 milyon manatdan artıq kompensasiya ödəyib.

ƏSF ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Ləğv prosesində olan “Dəmir Bank” ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.