Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN "GƏNCƏBANK" ASC-NİN KREDİTORLARININ DİQQƏTİNƏ! (YENILƏNİB)

6 Fev 2018

06.02.2018

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. 

Əlavə olaraq ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının nəzərinə catdırırıq ki, tələblərin ödənişi ilə bağlı sənədlərin qəbulu Gəncə şəhəri ilə yanaşı, Bakı şəhəri, Babər prospekti, 16 ünvanında həyata keçirilir.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941