Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə ƏTRAFLI MƏLUMAT

12 Iyl 2017

12.07.2017          

Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 885 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

 Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 milyon 116 min manat olmaqla onlardan 75 milyon 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 milyon 675 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 71 milyon 999 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99 %-i) və 676 min 221 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 milyon 191 min manat olmaqla onlardan 29 milyon 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 milyon 910 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 138 min 581 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 milyon 360 min manat olmaqla onlardan 3 milyon 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 milyon 127 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min 183 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 milyon 024 min manat olmaqla onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 milyon 350 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min 782 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 milyon 996 min manat olmaqla onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 min 452 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 552 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon  601 min manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86 %-i) və 292 min 484 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalmışdır

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 392 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 351 min manatdan artıq kompensasiya   ödənilmişdir.