Xəbərlər

Ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarının diqqətinə!

22 Iyn 2017

22.06.2017

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi 22 iyun  2017-ci il tarixdən etibarən həyata keçiriləcəkdir.

Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcəkdir.  

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91 / 92 / 93

Qaynar xətt: 131, 941

Gəncə ş. (022) 256 04 93/  (022) 256 03 44

e-poçt: adif@adif.az