Xəbərlər

ELAN

9 Iyn 2017

09.06.2017

Əmanətlərin Sığortalanması Fondu diqqətə çatdırır ki, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir.

Qeyd olunanlarla əlaqədar bildirmək istərdik ki, 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC“ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılmış və ona verilən şəhadətnamə ləğv edilmişdir.

Bununla da Fonda üzv bankların sayı 31 olmuşdur.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Əlavə məlumat:

Qaynar xətt: 941, 131

994 12 596 65 91/92/93