Xəbərlər
1 May 2017
01.05.2017
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli 16 saylı qərarı ilə “KredoBank” ASC-nin bank lisenziyası 22.07.2016-cı il tarixdən etibarən ləğv edilmişdir.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə “KredoBank” ASC məcburi ləğv edilmiş və qərarla Əmanətlərin Sığortalanması Fondunu 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi olaraq təyin olunmuşdur.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə “KredoBank” ASC-nin iflas proseduruna başlanılmışdır.
Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.
Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.
19.01.2017-cı il tarixdə ləğv prosesində olan “Kredobank” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 03.03.2017-cı il tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.
Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 10.05.2017-cı il tarixdə “Kredobank” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.