Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə görüş keçirildi

13 Mar 2017

13.03. 2017

10 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Xəzər Universitetində təhsil alan tələbələrə Maliyyə savadlılığı layihəsi üzrə seminar keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri giriş nitqi ilə açaraq, müzakirə olunan mövzunun hazırki dövrdə  mühümlüyünü və əhəmiyyətini nəzərə çatdırdı. Tədbirdə eyni zamanda professor, elmlər doktoru, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov da çıxış etdi.

Azad Cavadov tələbələrə Fondun missiyası barədə geniş məlumat verərək, əmanətçilərin üzv banklarda olan əmanətlərini sığortalamaqla əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə Ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək  olmaq, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komanda ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək verməyin əsas hədəflərimiz olduğunu diqqətə çatdırdı.     

Daha sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılmış, onların fikirləri dinlənilmişdir.