Xəbərlər
13 Mar 2017
13.03. 2017
9 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirildi. Tədbirin məqsədi Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbə və magistrların əmanətlərin sığortalanması haqqında məlumatlandırılması, bu sahə ilə bağlı yeni biliklərin əldə edilməsi və təhsil alanlar üçün gələcəkdə yarana biləcək yeni imkanların qiymətləndirilməsi olmuşdur.
Daha sonra tələbələrlə görüşən Azad Cavadov Fondun missiyası barədə geniş məlumat vermiş, əmanətçilərin üzv banklarda olan əmanətlərini sığortalamaqla əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə Ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaq, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komanda ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək verməyin əsas hədəflərimiz olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Dövlət İdarəçilik Akademiyasının Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev, “Hüquq” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmasının əhəmiyyəti barədə danışmış, Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədinin bankların ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək kimi lazimi fəaliyyəti həyata keçirildiyini bildirmişlər.
Daha sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılmış, onların fikirləri dinlənilmişdir.