Xəbərlər

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirilməsi haqqında

8 Fev 2017

08.02.2017

04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. 

Ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirilməsi KPMG-nin Azərbaycan nümayəndəliyinə həvalə olunmuşdur. QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilmişdir.

Məlumat üçün bildiririk ki, KPMG Azərbaycan KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən KPMG Europe LLP-nin (KPMG ELLP) tərkibinə daxildir.

KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 000-dən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.