Xəbərlər

Ləğv prosesində olan banklar haqqında MƏLUMAT

2 Fev 2017

02.02.2017

Bildiyiniz kimi müxtəlif vaxtlarda bir sıra bankarın (“Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC) bank lisenziyaları geri alınmış, həmin banklar barəsində 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi və Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən müflis qərarları qəbul olunmuşdur.

Həmin bankların ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Hal-hazırda ləğv prosesində olan bankların müflis elan edilməsi və  iflas proseduru ilə əlaqədar ləğv prosesi davam etdirilir.

Bildiririk ki, iflas proseduru çərçivəsində  “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların müfəssəl ləğv planları hazırlanmış və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim olunmuşdur.

Məlumat üçün bildiririk ki, müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.