Xəbərlər

Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışının həyata keçirilməsi istiqamətində aparılan işlər barədə MƏLUMAT

1 Fev 2017

01.02.2017

 

Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışının qanunvericiliyə uyğun aparılması və bu  istiqamətdə şəffaflığın təmin edilməsi məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 noyabr 2016-cı il tarixli qərarı ilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın fəaliyyət Qaydalar”ı təsdiq edilmişdir.

Qaydalara uyğun olaraq, əsas vəsaitlərin qiymətləndirilməsi və satışının təşkil edilməsi üçün Komissiya yaradılmışdır. Hazırda ləğv prosesində olan bankların inventarizasiyası aparılmaqla satışa çıxarılacaq əmlaklar təsnifləşdirilir.

Fondun ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın 27 dekabr 2016-cı il tarixli qərarı ilə (Protokol № 002) əsas vəsaitlərin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün əsas qiymətləndiricilər MBA Ltd Məhdud Məsuliyyətli Cəmiyyəti, Azintellektservis Məhdud Məsuliyyətli Cəmiyyəti, Biləndər Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə yardımçı qiymətləndiricilər qismində İVC  Beynəlxalq Qiymətləndirmə Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti və Caspian Expert Group Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmişdir.