Xəbərlər

QSC “Bank Standard” KB-nin ləğvetmə prosesinin gedişatı barədə MƏLUMAT

31 Yan 2017

31.01.2017

04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

25.11.2016-cı il tarixdə Fond ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. 30.11.2016-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasını məqsədəuyğun hesab etmişdir.

05.12.2016-cı il tarixdə Fond ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 29.12.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.

Məhkəmə qərardadına uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar Komitəsinin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.