Xəbərlər

BİLDİRİŞ: Sığorta hadisəsi baş vermiş “ Bank of Azerbaijan ” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!!!

26 Yan 2017

26.01.2017

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq 30 iyul 2007-ci il tarixdə 8 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Bank of Azerbaijan” ASC 19 yanvar 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 22 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş vermişdir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan “Bank of Azerbaijan”nın qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün  27 yanvar 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən sabah – 27 yanvar 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

 

Əlavə məlumat üçün: (012) 596 65 91/92/93 və 941/131 nömrəli qaynar xətt  www.adif.az