Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların ləğvedicisi kimi “Azərbaycan Kredit Bürosu” ilə müqavilə imzalayıb

4 Apr 2018

4 aprel 2018-ci il

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların ləğvedicisi kimi “Azərbaycan Kredit Bürosu” MMC ilə müqavilə imzalayıb

Ləğv prosesində olan banklar kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi ilə bağlı “Azərbaycan Kredit Bürosu” ilə məlumat mübadiləsini həyata keçirəcəklər.

Büro fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək vermək məqsədini daşıyır.

Belə ki, ləğv prosesində olan banklar öz müştərilərinin digər banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən müştərinin kredit tarixçəsi nəzərə alınacaq.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Gəncəbank” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Royalbank” ASC, QSC ““Bank Standard KB”, “Bank of Azerbaijan” ASC, “Dekabank” ASC, “Yunayted Kredit Bank” ASC və “Qafqaz İnkşaf Bankı” ASC-nin ləğvedicisidir.