Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN BANKLARIN BALANSINDAKI DAŞINAR VƏ DAŞINMAZ ƏMLAKLARIN 60 LOT ÜZRƏ HƏRRACDA SATILMASI BARƏDƏ

2 Mar 2018

2 mart 2018-ci il

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard”, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 60 lot üzrə satışa çıxarır.

27 lot üzrə əmlak ilk dəfə hərraca çıxarılır, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçünçü dəfə hərraca çıxarılır.

Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac 27 mart 2018-ci il tarixində keçiriləcək.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ilk dəfə isə çıxarılıb.

Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 3 aprel 2018-ci il tarixində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.