Xəbərlər

ELAN Ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının nəzərinə

5 Yan 2018

05 yanvar 2018-ci il

Ləğv prosesində olan “DəmirBank” ASC-nin Ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu “DəmirBank” ASC-nin kreditorlarının nəzərinə çatdırır ki, müflis banka qarşı kreditorların tələbləri Bakı şəhəri, Babək prospekti, 16 ünvanı ilə yanaşı aşağıda qeyd edilən ünvanda da qəbul edilir:

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.  

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-       kreditorun adı və ünvanı;

-       tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-       tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, elan dərc edildiyi gündən 60 (altmış) gün ərzində müraciət etsinlər.

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

( 99412) 444-71-71

 ( 99412) 447-77-44; 

Qaynar xətt – 941.

 

QEYD: Eyni zamanda, əvvəlki elanda qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Həmin ödənişlərin vaxtı və yeri (müvafiq filiallar) barədə yaxın zamanda əlavə məlumat (elan) veriləcək.