Xəbərlər

Ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu daşınan və daşınmaz əmlaklar üzrə qiymətləndirmə xidmətinin göstərilməsinin satınalınması

17 Okt 2017

16.10.2017

Əmanətlərin Sığortalanması Fondu aşağıda göstərilən lot üzrə kotirovka sorğusu elan edir:

Lot 1: Ləğv prosesində olan bankların Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu daşınan və daşınmaz əmlaklar üzrə  qiymətləndirmə  xidmətinin göstərilməsinin satınalması üçün kotirovka elan edir.

Kotirovka Sorğusunun əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən almaq olar.

Malların və xidmətlərin qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Babək prospekti 16 ünvanına 31 oktyabr  2017-ci il tarixə saat 17:00-a qədər əlaqələndirici şəxsə təqdim olunmalıdır. Zərflər 01 noyabr 2017-ci il saat 11:00-da Fondun Babək prospekti 16 ünvanında yerləşən inzibati binasında açılacaq.

Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 055-409-92-02 nömrəli  telefonla əlaqələndirici şəxs İsmayılova Mahirəyə müraciət etmək olar.