Xəbərlər

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional nümayəndələri və Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi arasında görüş keçirilmişdir.

8 Sen 2017

08.09.2017

7 sentyabr 2017-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simona Haberli, SECO-nun Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov arasında görüş keçirilmişdir.

Görüş zamanı qonaqlar Fondun fəaliyyəti, kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklərlə yaxından tanış oldular. Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondu arasında Fondun əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər, SECO və Əmanətlərin Sığortalanması Fondu arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə  müzakirələr aparıldı, qarşı tərəfi maraqlandıran suallar cavablandırıldı.