Xəbərlər

Hərracın nəticələri barədə MƏLUMAT

12 Iyl 2017

12.07.2017 

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0168 ha torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri yaşayış binası 10 iyul 2017-ci il tarixdə ilkin  satış qiyməti 1 010190 (bir milyon on min yüz doxsan) manat olmaqla açıq hərraca çıxarıldı.

Açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edildi.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verildi.