Xəbərlər

Hərracın nəticələri barədə MƏLUMAT

11 Iyl 2017

11.07.2017 

Hərrac Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”, “Banklar haqqında”  Azərbaycan Respublikasının Qanunu, Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları” və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirildi.

Ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin  satış qiyməti:  17 421 (on yeddi min dörd yüz iyirmi bir) manat olmaqla hərraca çıxarıldı.

Ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqlarının birinci hərracı alıcı müraciəti olmadığından baş tutmamış hesab olundu.

Ləğvetmə prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə   qaydaları” və  digər normativ hüquqi aktlarına uyğun olaraq hərrac davam etdirilir.