Xəbərlər
30 Iyn 2017
30.06.2017
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 29 iyun 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 59 milyon 232 min manat (ümumi kompensasiya öhdəliyinin 85 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 133 miyon 314 min manatdan artıq kompensasiya ödənilmişdir.
29 iyun 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 354 min manatdan artıq kompensasiya ödənilmişdir.
29 iyun 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 437 milyon 490 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,2 %-i əmanətçilərə ödənilmişdir.
29 iyun 2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 86,1 %-i əmanətçilərə ödənilmişdir.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 734 milyon 593 min manatdan artıq kompensasiya ödənilmişdir.