Xəbərlər

TƏKRAR ELAN!!! Kredit ödənişlərinin MilliÖN Ödəmə Sistemi vasitəsilə ödənişi barədə

21 Iyn 2017

21.06.2017

 

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan banklara kredit öhdəliyi olan müştərilərinin bird aha diqqətinə çatdırır ki, artıq borclu olduqları banklara kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən MilliÖN Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

 

Ödənişin həyata keçririlməsi üçün təlimatı diqqətinizə çatdırırıq:

  1. MilliÖn terminalının menusundan "Bank Xidmətləri" seçilir.

      2. "Bank Xidmətləri"-nin 3-cü səhifəsindən "ADİF" seçilir

      3 .  Krediti ödəniləcək şəxsin Şəxsiyyət Vəsiqəsində olan "PİN" kodu daxil  edilir.

      4.  Məlumat təsdiq edilir

    5. Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir.

     6.  Seçilmiş Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir.

     7. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçilir və qəbz terminaldan götürülür.

 

 Əlavə məlumat:

 Qaynar xətt: 941, 131

 

994 12 596 65 91/92/93