Xəbərlər

BİLDİRİŞ

9 Iyn 2017

09.06.2017

Əmanətlərin Sığortalanması Fondu diqqətə çatdırır ki, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Bununla əlaqədar olaraq 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC Fonda üzv bankların reyestrindən çıxarılmış və ona verilən şəhadətnamə ləğv edilmişdir.  

“Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 08.06.2017-ci il tarixə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırırıq.

 

Reyestr nömrəsi

Reyestrə daxil olma   tarixi

Bankın adı

1

30/07/07

ASC "XALQ"Bankı

2

30/07/07

"AtaBank"ASC

3

30/07/07

"Azərbaycan Beynəlxalq Bankı"ASC

4

30/07/07

“ACCESSBANK” QSC

5

30/07/07

"DƏMIRBANK" ASC

6

30/07/07

Melli İran Bankı Bakı filialı

7

30/07/07

"Azər-Türk Bank" ASC

9

30/07/07

"Bank of Baku" ASC

10

30/07/07

"Bank Respublika" ASC

11

30/07/07

"Kapital Bank" ASC

13

30/07/07

"AGBank" ASC

14

30/07/07

"Muğanbank" ASC

15

30/07/07

"NİKOYL" IKB ASC

16

30/07/07

Pakistan Milli Bankının Bakı filialı

17

30/07/07

"Rabitəbank" ASC

20

30/07/07

"TURANBANK" ASC

21

30/07/07

"UNİBANK" Kommersiya Bankı ASC

22

30/07/07

Yapı Kredi Bank Azərbaycan QSC

26

30/07/07

"Amrahbank" ASC

28

07/08/07

"Expressbank"ASC

31

10/09/07

"Azərbaycan Sənaye Bankı" ASC

34

10/09/07

"NBCBank"ASC

35

25/10/07

"Günay Bank"  ASC

36

04/12/07

"Bank Avrasiya" ASC

37

04/12/07

"Paşa Bank" ASC

38

29/08/08

"Naxçıvanbank"  ASC

39

16/01/09

"AFB BANK"ASC

40

26/02/09

BANK VTB (AZƏRBAYCAN)  ASC

42

28/04/09

BANK SİLK VEY   ASC

43

15/04/10

Bank "BTB" ASC

45

15/05/15

“Ziraat Bank Azərbaycan” ASC

 

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.