Xəbərlər

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması barədə ELAN

1 May 2017

29.04.2017

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi “Azerbaijan International Legal Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.

Bununla  əlaqədar  olaraq  müflis  elan  edilmiş  Banka  qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər:

– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

 

Bakı şəhəri, Babək prospekti 16

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və “131”/“941” nömrəli qaynar xətt